AZ

"BlackRock"la əməkdaşlıq Azərbaycanın rəqəmsal, infrastruktur və enerji transformasiyası üçün yeni imkanlar açır - İnqilab Əhmədov

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünyanın ənböyük aktivlərin idarə edilməsi şirkəti olan “BlackRock” və onabağlı struktur – “Global Infrastructure Partners” (GIP) iləstrateji əməkdaşlıq haqqında protokol imzalayıb. Sənəd çərçivəsindəinfrastruktur və rəqəmsal layihələrə 1,5 milyard ABŞ dollarınaqədər investisiya yatırılması planlaşdırılır.

Azərbaycanın tanınmış iqtisadçı eksperti İnqilab ƏhmədovTrend-ə bildirib ki,bu, Azərbaycanın bütün strateji sənədlərində qeyd olunanprioritetləri ilə tam olaraq üst-üstə düşür

Onun sözlərinə görə, rəqəmsallaşma, süni intellektin inkişafı vəbu istiqamətlə bağlı digər sahələr üzrə vəzifələr bu əməkdaşlığınəsas prioritetlərinə tam uyğundur.

“Bu səbəbdən belə əməkdaşlıq müəyyən mənada gözlənilən idi vəolduqca perspektivlidir. Simvolik məqam ondan ibarətdir ki, buprioritet məhz “BlackRock” ilə imzalanmış niyyət protokolundatəsbit olunub.

Xatırladım ki, Azərbaycan ötən ildən bu şirkətlə əməkdaşlığabaşlayıb. Oktyabr ayında Azərbaycan Respublikası Dövlət NeftFondunun ilk aktivləri “BlackRock” və onun əlaqəli şirkəti “DigitalInfrastructure Platform” (DIP) vasitəsilə Böyük Britaniyanın Qatvikhava limanına 50 milyon funt sterlinq həcmində yatırılıb. Layihəuğurlu alındı və bu fond vasitəsilə süni intellekt vəavtomatlaşdırmanın inkişafı da daxil olmaqla müxtəlif perspektivlilayihələrə investisiya yatırılmasının mümkün olması üçün, bu ilmünasibətlər strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirildi”, –deyə İ.Əhmədov bildirib.

O qeyd edib ki, planlaşdırılan 1,5 milyard dollarlıq investisiyaməbləği kifayət qədər böyükdür.

Ekspertin sözlərinə görə, bu cür iri həcmli yatırımlar təkcəiqtisadi baxımdan sərfəli deyil, eyni zamanda siyasi-iqtisadi vəgeosiyasi aspekt daşıyır.

“Bu gün Azərbaycan mövcud əlverişli imkanlardan uğurla istifadəedir”, – deyə o vurğulayıb.

“Hava limanı infrastrukturu və aktivlərin idarə edilməsisahəsində əməkdaşlıq prioritet istiqamət hesab olunur, belə ki bu,nəqliyyat sektorunun modernləşdirilməsinə və Azərbaycanın qloballogistika-infrastruktur zəncirlərinə inteqrasiyasına mühüm təsirgöstərə bilər.

Rəqəmsal layihələr kimi, nəqliyyat infrastrukturuna yatırılaninvestisiyalar və tərəfdaşlıqlar da ölkənin milli prioritetləri vəstrateji məqsədləri ilə üst-üstə düşür. Bura qlobal əhəmiyyətdaşıyan Orta Dəhlizin, Ələt limanının, Şərq-Qərb dəhlizinin vəZəngəzur dəhlizinin inkişafı daxildir. Bu cür qarşılıqlı fəaliyyətdaşımaların səmərəliliyini artırmağa, xidmət keyfiyyətiniyüksəltməyə və Azərbaycanın Avropa ilə Asiya arasında əsas tranzitqovşağı rolunu gücləndirməyə imkan verir”, – deyə o əlavə edib.

İ.Əhmədov bildirib ki, “BlackRock” ilə Qatvik hava limanındahəyata keçirilən ilk birgə layihə uğurlu olub və seçilmişinvestisiya və tərəfdaşlıq yanaşmasının düzgünlüyünütəsdiqləyib.

“Aktivləri 14 trilyon ABŞ dollarından artıq olan dünyanın ənböyük beynəlxalq investisiya şirkəti ilə əməkdaşlıq yalnızkommersiya deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Bu,Azərbaycanın regionda əsas oyunçu kimi reputasiyasınımöhkəmləndirir”, – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, qlobal enerji keçidi fonunda bərpa olunanenerji layihələrinə, o cümlədən iri regional təşəbbüslərə maraqartmaqdadır. Azərbaycan qarşısına iddialı məqsədlər qoyub: Xəzər vəQara dəniz üzərindən, həmçinin sualtı kabellər vasitəsilə Avropailə enerji bağlantısının qurulması.

“"BlackRock" ilə əməkdaşlıq bərpa olunan enerji, tranzit enerjivə ənənəvi neft-qaz sektorundan kənara çıxan infrastruktursahələrində tərəfdaş investisiyalar üçün imkanlar açır. Buistiqamət həm kommersiya baxımından sərfəlidir, həm də prestijbaxımından önəmlidir, belə ki enerji keçidi üzrə məqsədlərə nailolmağa imkan verir. Bu gün dünyada bərpa olunan enerjiyə yatırılaninvestisiyalar artıq ənənəvi neft-qaz investisiyalarını üstələyirvə bu, Azərbaycan üçün yeni imkanlar yaradır”, – deyə İ.Əhmədovyekunlaşdırıb.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr