AZ

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olundu

Bakı.Trend:

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında"22.01.1993-cü il tarixli Konvensiyanıntələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarıİsmayılzadə Əbülfət Həsən oğlu və Əzizov Amal Sarvan oğlununekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri GürcüstanınƏdliyyə Nazirliyi tərəfindən təmin edilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası CinayətMəcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayətəməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən,barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqındaqərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görəonlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq ƏdliyyəNazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti iləAzərbaycana gətiriliblər.

Seçilən
80
28
az.trend.az

10Mənbələr