Bakı. Trend:
Yolların işarələnməsi, velosiped və skuter zolaqları ilə bağlıbəzi hallarda yolların daraldılmasına şahidlik edirik. Bulazımdırmı? Bəli, lazımdır. Amma bu, həqiqətən zəruridirmi — hesabedirəm ki, buna ayrıca yanaşmaq lazımdır.
Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüHikmət Babaoğlu komitənin bugünkü iclasında deyib.
Millət vəkili nümunə gətirib ki, Parlament prospektindən MilliMəclis istiqamətinə gələn yolda hərəkət zolaqları daraldılıb vəskuter və velosiped sürənlər üçün xüsusi xətlər ayrılıb.
“Mən bunun əleyhinə deyiləm, əksinə, müsbət təşəbbüs hesabedirəm. Ancaq gəlin bu məsələyə ölçmə və təhlil əsasında yanaşaq.Təklif edirəm ki, həmin ərazilərdə müşahidə kameralarıquraşdırılsın və real statistika aparılsın: neçə nəfər həminzolaqlardan istifadə edir, neçə nəfər skuter və velosipedlə hərəkətedir. Əgər zərurət varsa, bu tədbirlər davam etdirilsin. Amma əgərüç gün ərzində həmin yoldan cəmi bir velosipedçi istifadə edirsə,bu halda yolun daraldılmasının nə dərəcədə məqsədəuyğun olduğu sualaltına düşür. Gəlin bu məsələyə daha hesabatlı yanaşaq: zəruridirsəqalsın, zəruri deyilsə, ləğv edilsin”.
Deputat bu mövzu ilə bağlı ictimai dinləmələrin keçirilməsinitəklif edib:
“Müşahidələrin nəticəsinə əsasən, şəhər daxilində hərəkətazadlığının məhdudlaşdırılması ilə bağlı hansı xətlərin zəruriolmadığı müəyyən edilsin və müvafiq qərarlar qəbul olunsun. Buyanaşmanı iş planımıza daxil etsək, çox faydalı olar”.