AZ

bp Azərbaycanda inklüziv təhsilə töhfə verib - Brayl əlifbasında yeni kitablar nəşr edilib

Bakı. Trend:

Bu gün bp şirkəti Azərbaycanda inklüziv cəmiyyətin təşviqi,inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosialinteqrasiyasının gücləndirilməsinə yönəlmiş bir sosial təşəbbüsünuğurla başa çatdığını elan edib.

Layihədə əsas məqsəd ölkə üzrə 40000-dən çox görmə məhdudiyyətliinsanın, o cümlədən təxminən 9000 uşağın mütaliə tələbatınıqarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan vəxarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaqidi.

Bu təşəbbüs müasir ədəbiyyat nümunələrini Azərbaycan dilindəhazırlayaraq ölkənin mərkəzi kitabxanaları vasitəsilə oxucularaçatdırmaqla yanaşı, Brayl əlifbasında dayanıqlı mütaliəvərdişlərinin formalaşmasını dəstəkləyən dəyərli resurs bazasınınyaradılması baxımından da çox əhəmiyyətlidir.

Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayləlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görməməhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyaclarınəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəlliflərisırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, MövludSüleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld,Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı vəşairlərin adları var.

Kitabların təqdimatı münasibətilə bu gün keçirilmiş tədbirdəçıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli dedi:

“Biz Azərbaycanda bilik, mədəniyyət və ədəbiyyatı görməməhdudiyyətli minlərlə insan üçün daha əlçatan etməkdən qürurduyuruq. İnklüzivlik və bərabər imkanlar sosial investisiyastrategiyamızın əsasını təşkil edir, bu layihə də icmalarda müsbətdəyişikliklər yaratmaq öhdəliyimizin daha bir nümunəsidir.”

“Ədəbiyyatı Braylda nəşr edərək daha əlçatan etməklə, hamınınölkənin həm mədəni, həm də təhsil həyatında bərabər iştirakınıdəstəkləmək və ana dilimizdə davamlı oxu mədəniyyətinin inkişafınatöhfə vermək istəmişik. İnanırıq ki, bu layihə cəmiyyətimizinçoxsaylı həssas bir qrupu üçün faydalı olmaqla yanaşı, dəyərlitəcrübənin yayılması baxımından da əhəmiyyətli bir sosialtəşəbbüsdür”, - Bəxtiyar Aslanbəyli əlavə etdi.

Layihənin ümumi dəyəri 133000 manat (78235 ABŞ dolları) təşkiledib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə vəkorrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləridaxildir.

Hər biri 100 nüsxə olmaqla, 19 adda ümumilikdə 1900 kitab nəşrolunub.

Layihə “Azərnəşr” Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən həyatakeçirilib.

Məqalədə:
Seçilən
53
6
az.trend.az

7Mənbələr