AZ

İstanbulda polis əməliyyatı - 37 nəfər saxlanılıb

Türkiyədə İstanbul mərkəzli 8 vilayətdə qanunsuz qumar oyunlarına qarşı eyni vaxtda əməliyyatlar keçirilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu bu barədə məlumat yayıb.

Bildirilib ki, İstanbul, Ankara, Antalya, Balıkesir, Bursa, Kocaeli, Muğla və Tokatdakı ünvanlarda aparılan əməliyyatlarda 37 şübhəli həbs edilib. Araşdırmalar elektron pul və ödəniş xidmətləri göstərən bir şirkətin qanunsuz qumar fəaliyyəti, POS cihazlarından sui-istifadə və şübhəli pul köçürmələri yolu ilə çirkli pulların yuyulmasını aşkarlayıb. İstintaq davam edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr