AZ

Azərbaycan Zəngəzur dəhlizində pay sahibi olacaq?

Azərbaycan TRİPP layihəsində (Zəngəzur dəhlizi) pay sahibi ola bilər.

Modern.az xəbər verir ki, bu barədə "Şərəfim var" fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.

O, Azərbaycan Dövlət Neft Fondu ilə bir neçə Amerika təşkilatı arasında bağlanmış müqaviləyə istinad edərək yazıb ki, TRIPP layihəsi Azərbaycan kapitalı ilə maliyyələşdirilə bilər. 

Azərbaycan Neft Fondu Davos Forumunda Brookfield Asset Management, BlackRock və GIP ilə uzunmüddətli strateji tərəfdaşlıq müqavilələri imzalayıb. İnfrastrukturun inkişafı və logistika da daxil olmaqla, əməkdaşlıq nəzərdə tutulur.

"TRIPP layihəsinin bir hissəsi olaraq inkişaf hüquqlarını alacaq Amerika şirkətindəki 74%-lik payını əldə etmək üçün Azərbaycanın bu mexanizmdən istifadə etməyəcəyinə dair hansı zəmanət var?", - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, TRİPP layihəsində ABŞ şirkətləri 74%, Ermənistan isə 26% paya sahib olacaq.

Seçilən
31
17
modern.az

10Mənbələr