UEFA Avropa Liqasının VII turunda "Aston Villa" səfərdə "Fənərbaxça" üzərində minimal hesablı qələbə qazanıb.
İstanbulda keçirilən qarşılaşma İngiltərə təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, bu nəticə Unay Emeri üçün əlamətdar olub. Belə ki, ispan mütəxəssis “Aston Villa”nın baş məşqçisi kimi Avropa turnirlərində keçirdiyi 31-ci oyunda 20-ci qələbəsini rəsmiləşdirib.
Bu göstəriciyə daha az oyunda yalnız üç mütəxəssis nail olub: David Moyes “Vest Hem”də (28 oyun), Bill Nicholson “Tottenhem”də (29 oyun) və Bob Paisley “Liverpul”da (29 oyun).
Yeddi turdan sonra 18 xal toplayan “Aston Villa” Avropa Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Polşalı oyunçu “Fənərbaxça” ilə vidalaşıb
Rafa Silva rəsmən “Benfika”da
Braziliyalı mövsümün sonunda “Yunayted”i tərk edəcək - RƏSMİ
“Atletiko” argentinalı üçün “Qalatasaray”a “yox” dedi
“Barselona”da itki: Zədədən qayıtdı, yenə sıradan çıxdı