AZ

“Avropa liderləri Zelenskinin Davosdakı sərt çıxışından dərs çıxarmalıdırlar” - Britaniya kəşfiyyatının sabiq rəhbəri

“Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosdakı sərt çıxışından dərs çıxarmalıdırlar”.

Missiya.Az xəbər verir ki, bunu Böyük Britaniya kəşfiyyatının (MI6) keçmiş rəhbəri Riçard Mur deyib.

“Güclü bir çıxış. Avropalılar olaraq, Zelenskinin bizə verdiyi səmimi və çətin mesajları qəbul etməyimiz vacibdir”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki, Zelenski Davos iqtisadi forumdakı çıxışında Avropanı Kremlə qarşı mübarizədə gecikdirdiyinə görə tənqid edib. Ukrayna Prezidenti həmçinin Avropada birgə silahlı qüvvələrin yaradılmasının vacibliyini bir daha bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr