AZ

“Neftçi” onlara müjdə verdi!

Premyer Liqanın 17-ci turu çərçivəsində yanvarın 23-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçından 2 saat əvvəl – 17:00-dan etibarən “ağ-qaralar”ın azarkeşləri üçün xüsusi fanzona yaradılacaq.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi fan mağazasının qarşısında QOLAT-la birgə təşkil olunacaq fanzonada “Neftçi” azarkeşlərini müxtəlif əyləncələrlə yanaşı, hədiyyələr də gözləyir!

Seçilən
20
sportinfo.az

1Mənbələr