AZ

ABL: XIV turun növbəti oyunları keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün XIV turun daha iki oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, günün ilk matçı Qubada baş tutacaq.

Şəhərin eyniadlı komandası "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya Kompleksində, saat 15:00-da start götürəcək.

Günün ikinci görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.

"Naxçıvan" B qrupunda 23 xalla ikinci pillədə qərarlaşıb. "Quba", "Lənkəran" və "Sərhədçi" 17 xalla 4-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. 

A qrupu 

1. Abşeron Lions 13 12 1 +136 25
2. Sabah 12 11 1 +288 23
3. Neftçi 12 6 6 +63 18
4. Gəncə 12 5 7 -36 17
5. Şəki 13 2 11 -220 15
6. NTD 12 1 11 -231 13

B qrupu 

1. Ordu 14 11 1 +246 27
2. Naxçıvan 13 10 3 +79 23
3. Sumqayıt 14 5 9 -124 19
4. Quba 13 4 9 -50 17
5. Lənkəran 13 4 9 -70 17
6. Sərhədçi 13 4 9 -81 17

Seçilən
8
fanat.az

1Mənbələr