“Liverpul”un kapitanı Vircil van Deyk komandanın baş məşqçisi Arne Slota kəskin sual verən jurnalisti tənqid edib.
Msport.az xəbər verir ki, Çempionlar Liqasının 7-ci turunun “Marsel”lə oyunundan (3:0) qabaq media nümayəndələrindən biri Slotdan onu Xabi Alonsonun nə vaxt əvəzləyəcəyini soruşub.
“Bu hörmətsizlik idi. Tənqid futbolun bir hissəsidir, bunu başa düşürük. Tənqid işimizin ayrılmaz hissəsidir, hamımız onunla yaşayırıq. Düzünü desəm, mövsümü necə keçirdiyimizə baxanda tənqidlərin olması normaldır. Xüsəsən də ötən mövsümlə müqayisə etsək. Amma belə sual vermək, hesab edirəm ki, hörmətsiz davranışdır”.