AZ

Deputat: Azərbaycana qarşı tiryək müharibəsi aparılır

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bu gün Azərbaycana qarşı "tiryək müharibəsi" aparılır. Bu, insan hüquqlarının pozulmasıdır. Düzdür, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti bu istiqamətdə çox yaxşı fəaliyyət göstərir, sərhədlərimizi qorumağa çalışırlar. Amma o qədər müasir vasitələr tapılıb ki, bir ucdan Azərbaycana narkotik vasitələr ixrac olunur".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu mübarizənin pik mərhələsindəyik:

"Maarifləndirmə kontekstində də dinləmələrin keçirilməsi yaxşı olardı".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
oxu.az

2Mənbələr