AZ

Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə dərslərə başlanıldı - FOTO

İşğaldan azad edilmiş ərazilərdə yeni təhsil müəssisələri fəaliyyətə başlayıb.
 
Moderator.az xəbər verir ki, ilk dəfə olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə start verilib.
 
Bununla yanaşı, Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər bərpa edilib və şagirdlər müasir təhsil şəraitində təhsilə cəlb olunublar.
 
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil müəssisələrinə baxış keçirib, yaradılan şəraitlə tanış olub və dərs prosesini izləyib. O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Seçilən
104
12
moderator.az

10Mənbələr