AZ

İlon Mask özünü yadplanetli ADLANDIRIB

Ajans.az RBC-ya istinadən xəbər verir. Mask bildirib ki, onun SpaceX şirkəti digər istiqamətlərlə yanaşı, Kainatda mümkün şüurlu həyat formalarının araşdırılması ilə də məşğuldur. Bununla belə, o vurğulayıb ki, hazırda bəşəriyyətin yadplanetli həyatın mövcudluğunu və ya mövcud olmadığını sübut edən heç bir dəlili yoxdur. “İnsanlar tez-tez məndən soruşurlar: ‘Aramızda yadplanetlilər varmı?’ Mən də cavab verirəm: ‘Bəli, var’. Amma təbii ki, buna inanmırlar”, – deyə Mask zarafatla bildirib və əlavə edib ki, əgər Yer kürəsində yadplanetlilər mövcud olsaydı, o da onlardan biri ola bilərdi. Qeyd edək ki, İlon Mask dəfələrlə yadplanetli həyatın mövcudluğuna şübhə ilə yanaşdığını bildirib. O, 2023-cü ildə insanların qalaktikanın bu hissəsində şüura malik yeganə varlıq ola biləcəyini irəli sürmüşdü.

İlon Mask daha əvvəl ictimai çıxışlarında Asperger sindromuna malik olduğunu açıqlayıb. Bu sindrom sosial ünsiyyətdə çətinliklər, ətraf aləmin qavranılmasında fərqliliklər və stereotipik, təkrarlanan maraq və fəaliyyətlərlə xarakterizə olunur.

Seçilən
112
Ajans.az

1Mənbələr