
ABŞ Prezidenti Donald Trampın administrasiyası Belçikanı Belarusla səhv salaraq, onu "Sülh Şurası"nda iştirak edəcək ölkələrin siyahısına əlavə edib.
Missiya.Az xəbər verir ki, bu səhv Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı baş verib.
Belçikanın xarici işlər naziri Maksim Prevost bu məlumatı təkzib edərək, özünün “X” sosial media hesabında yazıb:
"Belçika “Sülh Şurası”nın nizamnaməsini imzalamayıb. Bu açıqlama səhvdir. Bir çox Avropa ölkəsi kimi, bizim də bu təkliflə bağlı şübhələrimiz var", - deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az