AZ

ABŞ bu ərazidən qoşunlarını tamamilə çıxarır

ABŞ qoşunlarını Suriyadan tamamilə çıxarmağı nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

Adları açıqlanmayan ABŞ rəsmiləri nəşrə bildiriblər ki, Suriya prezidenti Əhməd Əl Şaraa ABŞ-ın dəstəklədiyi kürd milislərini ölkənin şimal-şərqindəki nəzarətdən məhrum etmək üçün addımlar atdığı üçün Vaşinqton Amerika qoşunlarının Suriyadan tam çıxarılmasını nəzərdən keçirir.

Qəzet qeyd edir ki, bu addım ABŞ-ın 2014-cü ildə başladığı Suriya əməliyyatına son qoyacaq. Hazırda Suriyanın şimal-şərqində müxtəlif ərazilərdə təxminən 1000 Amerika əsgəri yerləşir.

Seçilən
37
2
publika.az

4Mənbələr