AZ

Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat - 118 şübhəli saxlanılıb

Türkiyənin 17 əyalətində keçirilən mərkəzləşdirilmiş "kiberfırıldaqçılıq" əməliyyatlarında 118 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir hesablarında 2 milyard 183 milyon lirə (85 milyon 761 min 900 manat) əməliyyat həcmi olan 118 şübhəlinin tutulduğunu və onlardan 68-nin həbs olunduğunu, qalanları haqqında istintaqın davam etdiyini qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
152
missiya.az

1Mənbələr