AZ

Tramp Ukrayna ilə bağlı bunu ilk dəfə dedi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın hücumlarından sonra Ukraynadakı ağır enerji vəziyyəti ilə bağlı ilk dəfə açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Tramp Rusiya hücumlarını qınamayıb, yalnız Ukraynada havanın hətta Kanadadan da soyuq olduğunu və insanların istiliksiz yaşamasının çox çətin olduğunu qeyd edib:

“Bu, Ukraynadakı insanlar üçün çox çətindir, doğrudan da çox çətindir, bunu sizə açıq deyirəm. Baxın, küçədə temperatur mənfi 20 dərəcə olanda onlar istiliksiz necə yaşayırlar. Bu, dəhşətli soyuqdur. Əksər hallarda oradakı iqlim Kanadadakından da daha sərtdir. Buna baxmayaraq, onlar istilik olmadan yaşayırlar.

Mən onlardan soruşdum ki, buna necə dözürlər və ümumiyyətlə, bu cür necə yaşamaq olar. Zelenski mənə bu barədə məlumat verdi. Onların etdikləri həqiqətən təsiredicidir. Belə yaşamaq həyat deyil”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr