AZ

İtaliyanın CESI şirkəti Transxəzər “yaşıl enerji dəhlizi"nin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlayıb

Bakı. Trend:

İtaliyanın "CESI" şirkəti yanvarın 15-dən etibarən Transxəzər“yaşıl enerji dəhlizi"nin texniki-iqtisadi əsaslandırmasının (TİƏ)hazırlanmasına başlayıb.

Trend xəbərverir ki, bunu Mərkəzi Asiya–Azərbaycan “yaşıl enerji” dəhlizilayihəsi çərçivəsində yaradılmış “Yaşıl enerji dəhlizi” BirgəMüəssisəsinin baş direktoru Tural Əliyev ADA Universitetindəkeçirilən Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmimasada çıxışı zamanı bildirib.

“2025-ci ilin dekabrında CESI şirkəti Mərkəzi Asiya–Azərbaycan“yaşıl enerji dəhlizi" layihəsinin texniki iqtisadiəsaslandırılmasının hazırlanması üzrə məsləhətçi tərəfdaş seçilib.2026-cı ilin yanvarında isə mütəxəssislər artıq işə başlayıblar”, –deyə T. Əliyev qeyd edib.

Baş direktor bildirib ki, bu proses Mərkəzi Asiyadan Avropaya“yaşıl enerji"nin nəqli üzrə texniki, ekoloji və maliyyəəsaslandırmasını, həmçinin layihənin həyata keçirilməsi üçün tələbolunan resursların öyrənilməsini əhatə edir.

Seçilən
85
az.trend.az

1Mənbələr