AZ

NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir.

Aznews.az xəbər verir ki, bu barədə İsveç səfirliyinin NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana səfəri barədə paylaşımında bildirib.

"21-22 yanvar 2026-cı il tarixlərində NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib. O, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.

Tərəflər Azərbaycan–NATO tərəfdaşlığının mövcud vəziyyətini nəzərdən keçirib və Ermənistan–Azərbaycan normallaşma prosesi, eləcə də NATO-nun Qara dəniz regionunda sabitliyə dəstəyi kimi bir sıra ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - paylaşımda qeyd edilib.

Seçilən
97
9
aznews.az

10Mənbələr