AZ

Gürcüstan Orta Dəhliz üzrə yük axınlarında artım gözləyir

Gürcüstan Orta Dəhliz üzrə yük axınlarında böyük artımın olacağını proqnozlaşdırır.

Herbiand.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib.

Onun sözlərinə görə, ötən il konteyner daşımalarında 17%, ümumi yüklərlə bağlı isə 18% artım müşahidə edilib.

“Tonlarla ifadə etsək, artım 7% təşkil edib. Dəmir yolları ilə konteyner daşımalarında isə 33% artım qeydə alınıb. Gürcüstan dəmir yolları, həmçinin limanlar artan yüklərin qəbuluna hazır olmalıdır və bunun üçün müvafiq infrastruktur layihələrin həyata keçirilməsi tələb olunur”, - İoseliani əlavə edib.

Nazir müavini qeyd edib ki, Gürcüstan dəmir yolları Orta Dəhliz kontekstində mərkəzi rol oynayır:

“Dəmir yollarının modernləşdirilməsinə böyük diqqət ayırılır. Bununla bağlı layihə tamamlanıb və ötən ilin dekabrında istismara verilib. Gürcüstan hökuməti həmçinin 2026-2027-ci illərdə yeni lokomitvlərin alınması barədə qərar qəbul edib”.

Seçilən
57
2
herbiand.az

3Mənbələr