Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) yeni tender elan edib.
Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, dövlət qurumu Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili və müxtəlif ölkələrin iştiraki ilə keçiriləcək işgüzar tədbirlərlə bağlı xidmətlərin satın alınmasını realllaşdırmaq fikrindədir.
Məlumatda bildirilir ki, Agentlik bu məqsədlə 753 min 623 manat xərcləməyə hazır olduğunu açıqlayıb. Tenderin qalibi isə fevralın 13-də məlum olacaq.
Qeyd edək ki, DTA bu tip tenderləri il boyu reallaşdırır. Dünyanın dörd bir tərəfində keçirilən tədbirlərə isə milyonlarla manat xərclənir. Lakin bütün bunlara rəğmən, ölkədə turistlərin sayında hər hansı ciddi artım müşahidə edilmir. Rəsmi statistika da bu ciddi fərq görünmür.
Bu əsnada, onu da bilədirək ki, DTA-nin bu tip tenderlərini qalibi əsasən “VEGA TRAVEL MANAGEMENT” MMC olur. Ötən günlərdə bununla bağlı geniş araşdırmamızı təqdim etmişdik.
Həmin araşdırma aşağıda təqdim olunur:
***
Dövlət turizm Agentliyi (DTA) növbəti tenderinə yekun vurub.
Tribuna.az xəbər verir ki, Agentlik Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatının keçirilməsi xidmətlərini satın aacaq.
Tenderin qalibi “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Şirkətlə bu məqsədlə 19 min 470 manatlıq müqavilə bağlanılıb.
Qeyd eddək ki, son bir ildə “VEGA TRAVEL MANAGEMENT” MMC DTA-nın 8 tenderinin qalibi olub. Həmin tederlərdən ən bahalısı Çin, Hindistan və Yaponiyada təbliğat xidmətlərinin satın alınması olub ki, buna görə DTA şirkətə 1 milyon 435 min manat ödəniş edib.
Bildirək ki, sözügedən 8 tender üzrə ümumilikdə Turzim Agentliyi “VEGA TRAVEL MANAGEMENT” MMC-yə müxtəlif ölkələrdə təbliğat işlərinin qurulması və tədbirlərin keçirilməsinə 2 milyon 541 min 102 manat pul verib. Yəni, bu tenderlərin toplam dəyəri qeyd olunan qədər olub.
Vurğulayaq ki, bu 8 tender rəsmi tender saytında qeydə alınanlardır. Lakin saytdan kənarda da bəzi məlumatlar var. Məsələn, Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını “VEGA TRAVEL MANAGEMENT” MMC-yə həvalə edib. Bu işlərin müqabilində isə 847 min 319 manat pul ödəyib.
Yekundda bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Vega Travel Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev 19, mənzil 19-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Rəhimli Əmrah Natiq oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.