ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Beynəlxalq əlaqələr və idarəetmə sisteminin yenidən qurulması çərçivəsində ABŞ Prezidenti Trampın irəli sürdüyü Sülh Şurası və bu şuraya Azərbaycanın dəvət edilməsi ilk növbədə Azərbaycan və onun Prezidenti İlham Əliyevə verilən diqqət və hörmətin nəticəsidir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, Sülh Şurasının ilk olaraq Qəzza məsələsi üzərindən fəaliyyətə başlaması bu təşkilatın spesifikliyini göstərir:
"Məsələ ondadır ki, Qəzza problemi müasir dünya tarixinin uzun on illər davam edən problemi kimi xarakterizə olunur və bu problemin həllinə dəvət edilən ölkələr ilk növbədə müharibələrin dağıdıcı təsirindən əziyyət çəkən ölkələr olmuş, bu baxımdan da, müharibələrin sonlandırılması üçün təklif edilən çağırışlara da açıq ölkələr olmaqla, eyni zamanda, bu münaqişənin sülh yolu ilə həll edilməsi yolunda külli miqdarda, bir milyard dollar kimi miqdarında ianə verməyi belə gözə almış ölkələrdir. Bu, ilk növbədə Azərbaycanın iqtisadi gücünün, həmçinin beynəlxalq arenada müsbət imicinin göstəricisidir. Sülh Şurasının BMT-dən kənar formalaşdırılması və gələcəkdə daha aktiv şəkildə beynəlxalq məsələlərin həllində önə çıxacağı reallığı Azərbaycana xüsusi dividentlər gətirəcəyi bir reallıq olmaqla yanaşı Azərbaycanın yeni dünya düzənində mühüm yerlərdən birini tutacağının mesajçısıdır.
Hesab edirəm ki, Azərbaycanın Sülh Şurasına dəvət edilməsi və Azərbaycanın bunu qəbul etməsi ilk növbədə Türkiyə-Azərbaycan siyasi birliyinin ortaq fikri, eyni zamanda, Türk dünyası ölkələrinin gələcək siyasi uğurlarının bazis nöqtəsi olacaq".
Cavid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.