Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır.
Bu gün mövsümün ikinci yarısı Qubada start götürəcək.
Hər kəsi indi 3 sual ciddi düşündürür…
Qış çempionu “Sabah”la son çempion “Qarabağ” arasındakı mübarizə hansı sonluqla bitə bilər? Ağdam klubu son 13 mövsümdə çempionluğu yalnız bir dəfə “Neftçi”yə təhvil verib. Bu dəfə eyni acını “tələbələr” önündə yaşaya bilərmi?
Avrokuboklar uğurunda ən azı 5 komanda arasında gərgin rəqabət olacaq. Bu döyüşdə şanslı tərəf hansı klublardır?
Və təbii ki, liqada qalmaq uğurunda mübarizə... Burada da gərginlik az olmayacaq. Bəs sonda Premyer Liqa ilə vidalaşmaq hansı klubun bəxtinə yazılacaq?
"Sportinfo TV"də yayımlanan "Sözüm var"ın yeni buraxılışda Xanoğlan İmanov yuxarıdakı suallara cavab axtarıb.