AZ

Yuri Vernidub bu üç futbolçunu “Neftçi”yə gətirmək istəyir – Özü açıqladı

“Neftçi”nin baş məşqçisi Yurni Vernidub Ukrayna mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ölkəsində bəyəndiyi futbolçularım adlarını açıqlayıb.

“Gəlin bir az fantaziya edək. Əgər hipotetik olaraq belə imkan olsaydı, Ukrayna Premyer Liqasından hansı üç futbolçunu “Neftçi”yə dəvət edərdiniz?” sualına mütəxəssis belə cavab verib:

“Mövsümün ilk hissəsində “Şaxtyor”un heyətinə cəlb etdiyi hücumçu Prosper Oba çox xoşuma gəldi. Bu, həqiqətən də top səviyyəli futbolçudur, məncə.
Düşünürəm ki, Vladimir Brajkonu dəvət edərdim. O da mənə simpatiya doğurur. Onun formada eniş yaşadığı yazılır və mən də bunu bir qədər görürəm. Amma istərdim ki, onu dəstəkləyim və deyim ki, onun yolu indi başlayır. O, mütləq yenidən öz səviyyəsinə çıxacaq.

Üçüncü olaraq Budkovskinin adını çəkərdim. Bəlkə də onu bura götürməzdim, çünki artıq yaş faktoru var (gülümsəyir). Amma çox istəyirəm ki, o, bu mövsüm UPL-in ən yaxşı bombardiri olsun”.

Mütəxəssis həmçinin ukraynalı futbolçulardan hansının növbəti olaraq Avropanın TOP-5 liqalarına transfer ola biləcəyi ilə bağlı sualı da cavablandırıb:

“Məncə, Taras Mixavko bunu bacara bilər. Hər şey onun gələcək inkişafından və formasından asılıdır. Tverdoxlebin böyük arzuları var idi, amma hazırda LNZ-dədir. Təəssüf ki, Avropaya yollanmaq alınmadı. Mən çox istərdim ki, o, Bundesliqada oynasın. Düşünürəm ki, orada hər şey onun üçün yaxşı alınardı.

Bundan əlavə, Ramik Haciyevi də qeyd edərdim. Hazırda ağır zədəsi var, bilmirəm necə olacaq. Amma oyununu çox bəyənirəm. Yaxşı futbolçudur və yüksəlişə layiqdir.

Sonda isə gənc müdafiəçi İlya Krupskinin adını çəkərdim. O, gəncdir və bəlkə də hər şey onun üçün yaxşı alınacaq. Ola bilsin ki, o da TOP-5 liqalara gedə bilsin”.

 

Seçilən
12
idmanxeber.az

1Mənbələr