AZ

Nəqliyyat sektorunun gəlirləri 5%-ə yaxın artıb

2025-ci ilin yanvar-dekabrında Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 14,894.6 milyon manat olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə real ifadədə 4,6% çoxdur. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 243,2 milyon ton olub. Yüklərin 62,4 %-i avtomobil nəqliyyatı vasitəsilə daşınıb.

Aytac Zeynalova

 

Seçilən
117
7
anews.az

8Mənbələr