“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessye karyerasını yenidən İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” 28 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. Turin klubu ivuarlı yarımmüdafiəçi ilə bağlı marağını artıq gizlətmir.
Kessyenin “Əl-Əhli” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm Səudiyyə Ərəbistanı klubunda 21 oyunda 7 qol və 2 assistlə yadda qalıb.