AZ

Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK

Bakı. Trend:

Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatlatəsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsaldövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cariilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzindəcəmi dəyəri 10 min manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlətorqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindənmaliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 minmanatadək) olan satınalmalara şamil edilmir.

Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı abzasdagöstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalantəşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra –informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu qanuna uyğunolaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindənavtomatik şəkildə dərhal portala ötürüləcək və satınalmakomissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günüərzində müvafiq məlumatı portalda dərc edəcək.

Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalantəşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxsolduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti,satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədəməlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlarinformasiya sistemi tərəfindən dərhal portala ötürüləcək vəsatınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3iş günü ərzində həmin məlumatları portalda dərc edəcək.

Mövcud qanunvericiliyə görə, məxfi məlumatlarla əlaqəlisatınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağızdaşıyıcılarında həyata keçirilir.

Qanun layihəsinə əsasən, yuxarıdakı abzasda göstərilənsatınalmalar, habelə qalib təchizatçı qeyri-rezident olduğu hallaristisna olmaqla bu qanunun şamil edildiyi satınalmalara dairmüqavilələr üzrə müqavilələrin bağlanılması və göndərilməsiinformasiya sistemi vasitəsilə elektron qaydada həyatakeçiriləcək.

Mövcud qanunvericiliyə görə, bu qanun aşağıdakı malların,işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:

  • yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləritərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövləttərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və yaxidmətlər;
  • “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunla tənzimlənənmünasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;
  • müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yamüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləritərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və NaxçıvanMuxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədlibüdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlətzəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları,büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla,digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və yaxidmətlər.

Həmçinin, satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının(dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla)mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabınasatın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.Bu qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdətutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 min manatadək(ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalantəşkilatlara münasibətdə isə 20 min manatadək) olan satınalmalaraşamil edilmir.

Qanun layihəsinə əsasən, yuxarıdakı iki abzasda nəzərdətutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrinbağlanılması və göndərilməsi informasiya sistemi vasitəsiləelektron qaydada həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, məzarət orqanı yekun protokolualdıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiqolunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokoltəsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portaldaəks olunur.

Qanun layihəsinə əsasən, satınalmanın nəticələri barədəsatınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədənəzarət orqanının qərarı (yuxarıdakı abzasa uyğun olaraq nəzarətorqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesabolunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləricədvəli və qiymət təklifi) dərhal informasiya sisteminəötürüləcək.

Mövcud qanunvericiliyə görə, satınalan təşkilat təklifin şərtlərtoplusunda göstərilmiş qüvvədə olma müddətinin bitməsinə 3 iş günüqalanadək qalib təchizatçının təklifini aksept edir.

Təklif edilən dəyişikliyə əsasən, satınalan təşkilatsatınalma müqaviləsini informasiya sistemi vasitəsilə tərtib edibtəchizatçıya portal vasitəsilə təqdim olunan aksept bildirişi iləeyni vaxtda göndərəcək. Qalib təchizatçı 5 iş günü ərzindəsatınalma müqaviləsini informasiya sistemində gücləndirilmişelektron imza ilə imzalayacaq və satınalan təşkilata bu qanunaəsasən tələb olunan icra təminatını təqdim edəcək. Satınalantəşkilat satınalma müqaviləsini şərtlər toplusunda müəyyən edilmişmüddət ərzində, lakin 10 iş günündən gec olmayaraq informasiyasistemində gücləndirilmiş elektron imza ilə imzalayacaq.

Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qalibtəchizatçı tərəfindən imzalananadək satınalma komissiyasıəvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetininhər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini)dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərti ilənəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmini(miqdarını) 10 faizə qədər artırıb-azalda bilər.

Qanun layihəsinə əsasən, satınalma predmetinin həcmi(miqdarı) dəyişdirildiyi təqdirdə, satınalan təşkilat bu barədəməlumatı informasiya sisteminə dərhal ötürəcək.

Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qüvvəyəmindikdən sonra müqavilənin şərtlərinin dəyişdirilməsinə yolverilmir. Ssatınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsibarədə tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 iş günümüddətində baxılır.

Qanun layihəsinə əsasən, razılıq əldə edildiyi halda budəyişikliklər informasiya sistemi vasitəsilə həyatakeçiriləcək.

Mövcud qanunvericiliyə görə, ehtimal olunan qiymətdən asılıolmayaraq qapalı tender, bir mənbədən satınalma və çərçivəsazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovkasorğusu metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiqedilə bilər.

Qanun layihəsinə əsasən, nəzarət orqanı tərəfindən satınalmametodları ilə bağlı verilən razılıqlar informasiya sisteminə dərhalötürüləcək.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemidedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdətutulur.

Seçilən
114
5
az.trend.az

7Mənbələr