Ağ Ev administrasiyası Kanada hökumətini qəzəbləndirə biləcək bir addım atıb.
Ölkə.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə Qəzza Sülh Komitəsində iştirak etmək üçün verdiyi dəvəti geri götürdüyünü açıqlayib. Trampın belə bir qəzəbli addım atmasına səbəb Kanada baş naziri Mark Karninin Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ və Prezident Donald Tramp əleyhinə səsləndirdiyi fikirlər olub.
Paylaşdığı mesajda Tramp Kanadanın Baş naziri Mark Karniyə müraciət edən Tramp Kanadanın Qəzza Sülh Komitəsində iştirak etmək üçün göndərdiyi dəvəti geri götürdüyü bildirib.
Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni Davosda Dünya İqtisadi Forumundakı (WEF) çıxışında Trampın Kanadanın mövcudluğunun ABŞ sayəsində fikirinə sərt reaksiya verərək deyib ki, iki ölkə iqtisadiyyat, təhlükəsizlik və zəngin mədəni mübadilə sahələrində fövqəladə bir tərəfdaşlıq qurublar: “Lakin Kanada ABŞ sayəsində mövcud deyil. Kanada inkişaf edir, çünki biz kanadalıyıq".
Baş nazirin bu fikri Trampı qəzəbləndiri və o da Kanadaya qarşı belə bir addım atıb.
Mürtəza