AZ

Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Xəzər rayonu ərazisində “Range Rover” və “Hyundai” markalı iki avtomobildən oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E. Rəhimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisindəki mağazadan və evdən oğurluqlar etdiyi də məlum olub.

Nəsimi rayonunda isə bir nəfərin bank kartını ələ keçirərək mağazalardan alış-veriş etməkdə şübhəli bilinən 23 yaşlı M.Əzimov, 30 yaşlı Ə.Nifdalıyev və 20 yaşlı Ö.Nifdalıyev saxlanılıblar.

"Cebheinfo.az"

Seçilən
97
6
cebheinfo.az

9Mənbələr