AZ

Avropa Parlamenti İrana qarşı SƏRT QƏTNAMƏ QƏBUL EDİB

Ajans.az Euronews-a istinadən xəbər verir ki, sənəddə İran xalqına və müxalifət qüvvələrinə dəstək ifadə olunur və İİKK-nın (SEPAH) Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsinə çağırış edilir. Qətnamədə kütləvi etirazların zorakılıqla yatırılması, nümayişçilərin öldürülməsi və rejim tərəfindən edam edilməsi qəti şəkildə pislənir. Avropa Parlamenti İran hakimiyyətini bu cür hərəkətləri dərhal dayandırmağa çağırıb. Sənəddə həmçinin İran səfirlərinin Avropa paytaxtlarından qovulması da tələb olunur. Eyni zamanda, İranın sonuncu şahının oğlu Rza Pəhləvinin Avropa Parlamentinə dəvət edilməsi təklifi səs çoxluğu ilə rədd edilib.

 

Seçilən
74
Ajans.az

1Mənbələr