Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun vəziyyəti ağırlaşıb.
Msport.az xəbər verir ki, 80 yaşlı mütəxəssis Buxarestdə xəstəxanaya yerləşdirilib. Tanınmış məşqçinin 2025-ci ilin sonunda ürəyində problemlər yaranıb. Daha sonra soyuqdəymə nəticəsində onun dəziyyəti daha da ağırlaşıb.
Səhhətindəki problemlər səbəbindən Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışına gedə bilməyib. O, milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırsa da, xəstəxanaya düşdüyündən səfər baş tutmayıb.
Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.