AZ

Beynəlxalq Enerji Agentliyi Azərbaycanın Avropaya qaz idxalı ilə bağlı 2026-ci üçün proqnozlarını açıqladı

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə 2026-cı ildəAzərbaycandan Avropa ölkələrinə qaz ixracı artacaq.

Trend bu barədəagentliyə istinadən məlumat verir.

BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalanhissəsinə boru kəməri ilə nəql olunan qaz tədarüklərinin 2024-cüilki göstəricilərə yaxın olacağı gözlənilir, digər yandan ŞimaliAfrika və Azərbaycandan idxalın mülayim artım göstərəcəyiproqnozlaşdırılır. Bu əlavə tədarüklər 2026-cı ilin iyul ayındaTürkiyə ilə müqavilənin baş çatmasından sonra Rusiya və İrandanboru kəməri qazı idxalının azalmasını qismən kompensasiyaedəcək.

2025-ci ildə Rusiya qazının Avropa İttifaqına boru kəməri ilətədarükü Ukrayna vasitəsilə tranzitin dayandırılması səbəbindən 45%(təxminən 13 milyard kubmetr) azalmış, eyni zamanda ilin ilk 11ayında Türkiyəyə ixrac illik ifadədə 2% artmışdır. Avropanıntələbində Rusiya boru qazının payı təxminən 8% təşkil edib. ŞimaliAfrikadan tədarük 4% azalıb, Azərbaycandan Avropa İttifaqına ixracisə 2% aşağı düşmüşdür.

BEA proqnozlaşdırır ki, 2026-cı ildə Avropada mayeləşdirilmiştəbii qaz (MTQ) idxalı artmaqda davam edəcək və hətta rekordsəviyyə olan 185 milyard kubmetri də ötə bilər. Bu, əsasənanbarların doldurulmasına olan tələbin artması və Ukraynaya borukəməri ilə qaz tədarüklərinin artması ilə əlaqədardır.

"Azərbaycanın əmtəəlik qaz istehsalı 2025-ci ilin ilk 11 ayında2024-cü ilin eyni dövrü ilə müqayisədə 1% (0,5 milyard kubmetr)artıb. Bu artım qismən Türkiyəyə tədarükün 4% (0,4 milyard kubmetr)yüksəlməsi hesabına təmin olunub", - deyə BEA bildirir.

Ümumilikdə, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə,2025-ci ildə ölkə 51,5 milyard kubmetr təbii qaz istehsal edib.Bunun 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqlarıblokunda, 27,9 milyard kubmetri "Şah Dəniz" yatağında, 1,6 milyardkubmetri "Abşeron" yatağında, 7,9 milyard kubmetri isə SOCAR-ıngüclərində hasil olunub. Ötən il qaz ixracı 25,2 milyard kubmetrolub, o cümlədən 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetrTürkiyəyə (bunlardan 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3milyard kubmetr Gürcüstana və 0,5 milyard kubmetr Suriyaya ixracedilib.

Məqalədə:
Seçilən
155
3
az.trend.az

4Mənbələr