AZ

Orban sərt tənqid etdi: Zelenski Davosda həddi aşdı

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Macarıstanın Baş naziri Viktor Orban Davosda verdiyi açıqlamada Ukrayna Prezidenti Volodimir Zelenskinin “həddi aşdığını” bildirib.

Turkustan.az xəbər verir ki, Orban Zelenskinin çıxışında Avropa liderlərini tənqid etməsini qəbuledilməz adlandırıb.

Orban qeyd edib ki, Zelenskinin Macarıstan hökumətini və şəxsən onu hədəfə alması yeni hal deyil:

“Macarıstanda seçkilər yaxınlaşdıqca, Prezident Zelenskinin yenidən hökumətimizi və məni hədəf alması təəccüblü deyil. Lakin Davosdakı çıxışında bütün digər Avropa liderlərini də tənqid etməsi diqqət çəkir.”

Macarıstan Baş naziri bildirib ki, Zelenski Ukraynaya göstərilən dəstəyin, göndərilən silahların və Avropanın qətiyyətinin yetərli olmadığını iddia edir.

Orban sosial media hesabında paylaşdığı açıqlamada isə bunları yazıb:

“Dünən Davosda Prezident Zelenski sərhədi keçdi. O, Ukraynaya verilən dəstəyin yetərli olmadığını deyərək Avropa liderlərini hədəfə aldı.”

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr