AZ

Quba-Xaçmaz RTİ-nin müdiri Coşqun Əliyev 20 Yanvar hüzn günü Sovet əsgəri abidəsinə əyilib gül qoymasının GİZLİNLƏRİ/FOTO

20 Yanvar anım günü çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və və tabeliyində olan qurumların Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoyması ilə bağlı yayılan görüntülər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Burada çox sadə, amma cavabı açıq olan bir sual ortaya çıxır:

Böyük Vətən Müharibəsində vuruşan ordu Sovet ordusu deyilmi?

Tarixi faktlar dəyişməzdir. 1941–1945-ci illərdə aparılan Böyük Vətən Müharibəsində döyüşən ordu SSRİ-nin Qızıl Ordusu — yəni Sovet ordusu idi.

 Eyni Sovet ordusu 1990-cı ilin 20 Yanvarında Bakıya tanklarla daxil olaraq dinc, silahsız əhaliyə qarşı qətliam törədib.

Fərqli dövrlər, fərqli məqsədlər ola bilər. Amma ordu eynidir. Və məhz buna görə 20 Yanvar anım günündə Sovet ordusuna bağlı hər hansı abidənin, rəmzin və ya simvolun önünə gül qoyulması cəmiyyətin bir hissəsində haqlı narahatlıq doğurur. Əlbəttdə sovet faşizminin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət tariximizin qan yaddaşı, ən ağrılı və unudulmaz səhifələrindəndir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və və tabeliyində olan qurumlar qəhraman azərbaycanlı övladlarımızın abidələrinə əkli qoymayaraq, Böyük Vətən Müharibəsində həlak olmuş rus döyüşçüsünün abidəsinə əyilərək gül qoyaraq hörmətlə yad etməsi Azərbaycan əsgərinin və 20 yanvar qətliamında canını vətən üçün sipər edən insanlarımızın fədakarlığını kiçildərək, onlara sayqısızlıq etmək hərəkəti sayılmaqdadır. 

Bildirək ki, hər tarixi hadisənin öz günü, öz ünvanı və öz mənası var. 20 Yanvarı ümumi “tarixi anım” gününə çevirmək faciənin mahiyyətini kölgədə qoymaqdır. Bunuda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bacardı. Tarixə hörmət — onu düzgün anlamaqdan və düzgün ayırmaqdan başlayır hörmətli müdir!
 

Seçilən
48
paytaxt.org

1Mənbələr