Tehranda yanvar ayında baş verən terror hadisələrində iştirak etdiyinə görə 16 nəfər həbs edilib.
"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, Kəşfiyyat Nazirliyi ("Ettelaat") və "Fərəcə"nin birgə əməliyyat paytaxtın mərkəzində, habelə Səttarxan, Mərzdaran və Gülüstan şəhərcikləri ərazisində keçirilib.
Bu şəxslər təhlükəsizlik qüvvələrinə hücum etməkdə, dövlət və özəl nəqliyyat vasitələrini yandırmaqda iştirak ediblər.
Həbs olunnlardan biri zavod sahibidir.
Telegram kanalımız