AZ

Yunus Oğuzun “TÜRK etnonimi və törələri” adlı kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Bakı.Trend:

Atatürk Mərkəzində yazıçı və tədqiqatçı Yunus Oğuzun “TÜRKetnonimi və törələri” adlı kitabının təqdimat mərasimikeçirilib.

Trend xəbərverir ki, tədbirdə ziyalılar və ictimaiyyət nümayəndələri iştirakedərək kitabın elmi əhəmiyyətindən, türk etnoniminin tarixiköklərindən və terminoloji inkişafından bəhs ediblər.

Yazıçı Yunus Oğuz Trend-ə açıqlamasında bildirib ki, əsərdə sovetdövründə məqsədli şəkildə formalaşdırılmış və 9-11-ci əsrlərdətürklərin Avropaya guya sonradan gəldiyini, orada qalan mədəniirsin isə türk mənşəli olmadığını iddia edən yanaşmalar elmisübutlarla təkzib olunur.

O əlavə edib ki, türkün vətəni yalnız məhdud coğrafiya ilə izahedilə bilməz, Avrasiya və Anadolu türkün tarixi-mədəniməkanlarıdır:

“Bu baxımdan kitab, türklərin islamdan öncəki maddi və mənəvimədəniyyətinin onlara məxsus olduğunu bir daha əsaslandırır.Kitabın ən mühüm elmi yeniliklərindən biri Strabonun “Coğrafiya”əsərinə istinadla eramızın I əsrində İspaniya ərazisində mövcudolmuş türk etnonimləri və toponimlərinin araşdırılmasıdır. Bufaktlar türklərin islamdan xeyli əvvəl geniş coğrafiyada izburaxdığını göstərir. Müəllif eyni zamanda islamdan əvvəl mövcudolmuş, lakin uzun müddət yazılı şəkildə sistemləşdirilməmiş törə vəidarəçilik qaydalarını – Uyğur törəsi, Göytürk törəsi,Orxon-Yenisey qanunları və “Dədə Qorqud” buyruqlarını elmikontekstdə təqdim edir. Bu törələr Azərbaycanda ilk dəfə bu şəkildənəşr olunur”.

Yazıçı qeyd edib ki, zamanla unudulmuş bu hüquqi və mənəvidəyərlərin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Çünki həmintörələr türk toplumlarının dövlətçilik ənənəsini, millimədəniyyətini və mənəvi dünyasını formalaşdıran əsas sütunlardır.“TÜRK etnonimi və törələri” kitabı bu baxımdan yalnız keçmişə baxışdeyil, həm də gələcək üçün milli-mənəvi yol xəritəsi kimi çıxışedir.

Yunus
Yunus
Yunus
Yunus
Yunus
Yunus
Yunus
Yunus
Yunus
Seçilən
134
4
az.trend.az

10Mənbələr