Qaçırılan uşaq biznesmenin oğlu olduğu üzə çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Krasnoyarskda qaçırılan yeniyetmənin “Avtospetsmaş” şirkətinin direktorunun oğlu olduğu üzə çıxıb. Oğrular biznesmendən 30 milyon rubl (təxminən 528 000 manat) tələb edirlər.
Məlumata görə, ata evə gəldikdə 14 yaşlı oğlunu tapmayıb və seyfdən 3 milyon rublun (təxminən 52 800 manat) yoxa çıxdığını görüb.
İlkin məlumatlara əsasən, yeniyetmə silahlı mühafizə və kameralarla qorunan “Serebryanı Bor” elitar qəsəbəsindən aparılıb. Bölgənin ən imkanlı şəxslərindən biri olan ata oğlunun Ukrayna dələduzlarının təsiri altına düşdüyünə inanmır və oğlu ilə şəxsən danışmaq istəyir.
Qeyd edək ki, oğlanı və yanındakı qadını aparan taksi sürücüsünün kimliyi müəyyən edilib. Hazırda sürücünün axtarışları davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az