Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə çempionatında davam etdirməyə hazırlaşır.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının “Stellenboş” klubuna transfer olunan 27 yaşlı sol cinah müdafiəçisi Turan Manafov “Qəbələ” ilə anlaşıb.
“Qırmızı-qaralar” futbolçunu mövsümün sonuna qədər - 5 aylıq icarə əsasında heyətinə qatıb. Bölgə təmsilçisinin yaxın günlərdə bu keçidi rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda son klubu “Kəpəz” olan Turan Manafovun “Stellenboş”la müqavilə müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.