AZ

Ekrandan uzaq həftə sonu keçirməyin yolları

Ekranlardan uzaq keçirilən bir həftə sonu həm ruh sağlamlığına müsbət təsir göstərir, həm də real həyata daha çox fokuslanmağa imkan yaradır.


Pravda.az bildirir ki, sosial media, telefon bildirişləri və ekran asılılığından uzaq qalmaq üçün həftə sonları ideal fürsətdir.


Belə bir istirahət planı üçün əl ilə məktub yazmaq, rəsm çəkmək və əl işləri ilə məşğul olmaq, kitab oxumaq tövsiyə olunur. Bundan başqa, yemək kitabından seçilən hər hansı bir resept əsasında yemək bişirmək, fotoalbom hazırlamaq, dostlarla üz-üzə görüşmək də ekransız vaxtı daha keyfiyyətli edir.


Bağçılıqla məşğul olmaq, təbiət gəzintilərinə çıxmaq, ikinci əl mağazalarda alış-veriş etmək kimi fəaliyyətlər də texnologiyadan uzaqlaşmağa kömək edir.


Qeyd olunur ki, bu cür fəaliyyətlər yaradıcılığı artırır, stresi azaldır və insanın özünü daha rahat hiss etməsinə şərait yaradır.


Əminə Bayramova 

Tarix: 23 Yanvar 2026, 13:31   
Seçilən
46
pravda.az

1Mənbələr