AZ

Avropa nəhəngi "Fənərbağça"nın ulduzunu istəyir

“Yuventus” yanvar ayında Youssef En-Nesirini icarəyə götürmək üçün “Fənərbağça” ilə danışıqlar aparır.

Publika.az xəbər verir ki, müqavilədə alış imkanı da nəzərdə tutulub. Bu barədə insaydr Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, “Yuve” Mərakeş milli komandasının üzvü ilə şifahi razılığa gəlib. Türkiyə klubuna isə icarə haqqı üçün 5 milyon avrodan az bir məbləğ, həmçinin bütün maaşın ödənilməsi təklif edilib.

28 yaşlı futbolçu 2024/25 mövsümündən bəri 37 qol vurub və 7 assist edib.

Seçilən
16
publika.az

1Mənbələr