AZ

Almaniyada şaxtalı hava silsilə qəzalara səbəb olub, ölənlər və yaralananlar var

Berlin, 23 yanvar, AZƏRTAC

Almaniyada son bir neçə gündür hökm sürən şaxtalı hava ilə əlaqədar yolların buz bağlaması nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Festvaliya əyalətinin Paderborn şəhəri yaxınlığında qeydə alınan silsilə qəzalar nəticəsində ölənlər və yaralananlar var. Təkcə ötən gecə baş verən 18 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, azı 11-i xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Qəzalar nəticəsində magistralın bağlanması nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Hava şəraiti əyalətin bir sıra şəhərlərində də ciddi çətinliklərə səbəb olub. Bəzi yerlərdə məktəblərdə tətil elan edilib. Bir sıra yollarda uzun tıxaclar yaranıb.

Meteoroloqlar həftəsonu Bremen, Aşağı Saksoniya və Bavariya əyalətlərinin bəzi hissələrində yolların buz bağlayacağı və qar yağacağı barədə xəbərdarlıq ediblər. 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
26
1
azertag.az

2Mənbələr