AZ

Dövlət Uşaq Filarmoniyası “Andersen nağıllarının sehrində musiqili səyahət” adlı nağıl dolu axşam yaşayacaq

29 yanvar saat 19.00 da Dövlət Uşaq Filarmoniyası "Andersen nağıllarının sehrində musiqili səyahət" adlı nağıl dolu axşam yaşayacaq.

Bir vaxtlar oxuduğumuz nağıllar bu dəfə sözlə deyil, pianonun incə toxunuşları ilə danışacaq.
Andersenin sehrli dünyası notların sehri ilə dinləyiciləri xəyal, duyğu və fantaziya dolu bir səyahətə aparacaq.

Bu axşam səhnədə notlar nağıl olacaq, səslər isə uşaqlığın saf xatirələrini oyadacaq.  Bu sehrli axşamda siz də bizimlə olun...

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Seçilən
42
milli.az

1Mənbələr