AZ

“Şirvan deputatsız qalıb? Şəhərdə aylardır seçicilər tərəfindən axtarılan Heydər Əsədova etiraz kompaniyası başladıldı?

Son aylarda Şirvan şəhərindən seçilmiş millət vəkili Heydər Əsədovun ictimai fəaliyyətində nəzərəçarpacaq səssizlik müşahidə olunur. 

Paytaxt.org-a daxil olan məlumata görə, "ötən ilin sonlarından etibarən deputatı Şirvan şəhərində görmək mümkün olmayıb" deyən seçicilər belə vəziyyətə etiraz  edir.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Heydər Əsədov nə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə seçicilərinə təbrik ünvanlayıb, nə də 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şirvanda keçirilən anım tədbirlərində iştirak edib.

Deputatın uzun müddətdir ictimaiyyət qarşısında görünməməsi şəhər sakinləri arasında suallar doğurur. Maraqlıdır, millət vəkili fəaliyyətini müvəqqəti olaraq dayandırıb, yoxsa seçicilərlə əlaqəni fərqli formatda davam etdirir?

Eyni zamanda, ictimaiyyət deputatın səhhəti ilə bağlı hər hansı problemin olub-olmaması ilə də maraqlanır.

Ümid edilir ki, Heydər Əsədovun sağlamlıq durumu normaldır və yaxın vaxtlarda o, yenidən Şirvan sakinləri ilə bir arada olacaq, seçicilərlə birbaşa ünsiyyəti bərpa edəcək.

Paytaxt.org məsələ ilə bağlı məlumatları dogru.tv səhifəsinə istinadən təqdim edir.

Seçilən
93
paytaxt.org

1Mənbələr