AZ

Gəmi qəzaya uğradı, iki nəfər HƏLAK OLDU

Ajans.az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir. Batan yük gəmisi Filippindən Çinin Quanqdonq əyalətinə gedirmiş və gəmidə 21 nəfər olub. Huangyan adasından təxminən 55 dəniz mili şimal-qərbdə gəminin axtarışı dayandırılıb və əlaqə kəsilib.

Xalq Azadlıq Ordusunun Cənub Komandanlığı xilasetmə əməliyyatına başlayıb. On dörd heyət üzvü xilas edilib, tibb işçiləri isə daha bir nəfərin həyatı uğrunda mübarizə aparır. Xilasedicilər qalan heyət üzvlərinin axtarışını davam etdirirlər.

Seçilən
86
Ajans.az

1Mənbələr