AZ

Ağayev 6 “sarı” çıxardı, bir qolu ləğv etdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Berndə keçirilən “Yanq Boyz” – “Lion” oyununu idarə edib.

İdmanxeber.az xəbər verir ki, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmrəli, dördüncü hakim isə Tural Qurbanov olub. Qarşılaşma “Lion”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər iki komandaya ümumilikdə 6 sarı vərəqə göstərilib, 61-ci dəqiqədə “Yanq Boyz”un qolu ofsayda görə ləğv edilib.

Seçilən
25
idmanxeber.az

1Mənbələr