AZ

Avropalı alimlərin Azərbaycan sərgüzəştləri: Bakıda yüksək məbləğdə cərimələndilər – FOTO

Azərbaycan meşələri yalnız gözəl mənzərələri ilə deyil, həm də sirli göbələkləri ilə avropalı alimlərin gündəminə gəlib.

Alimlərin sözlərinə görə, ekspedisiya başlanğıcdan-sona qədər çətinliklərlə dolu keçib. İlk sərgüzəşt aeroportda yaşanıb: “Hava limanında çoxsaylı böyük çamadanlarımızı yoxladılar, təhlükəsizlik yoxlamasından keçdik və bir saat gecikmə ilə təyyarəyə mindik. Birdən texniki problem elanı gəldi və düşməli olduq. Qısa müddət sonra ikinci bir elan gəldi. Daha bir uçuş ləğv edildi. Qarışıqlıq və xaosun içində, bir çox insanın çarəsiz şəkildə məlumat axtardığı bir vaxtda, bütün günü hava limanında keçirməyə məcbur olduq. Səhəri gün Bakıya səyahəti üçün alternativ bir yol tapdıq. Bu səbəbdən Azərbaycandakı ilkin marşrutumuzu dəyişdirməli olduq. Çünki Bakıya çatanda bizi daha çox sürpriz gözləyirdi”.

Planlarını dəyişməli olan tədqiqatçılar yollarını Talış meşələri və Hirkan qoruğuna salıblar: “Dörd nəfərlik komandamız ilə Bakıdan cənuba doğru yola düşdük. Təxminən 400 yarpağın səthlərini dezinfeksiya etmək üçün müvəqqəti laboratoriyalar qurduq. Ara-sıra yağış, duman və ildırımla qarşılaşdıq, palçıqlı yollardan keçdik. Qaban, bizon və ilanlarla üz-üzə gəldik. Amma bütün çətinliklər baxmayaraq, Azərbaycan gözəl meşələrinin nəfəskəsici mənzərələri, ləzzətli yeməklər, çay və çörəkdən də həzz aldıq”.

Alimlər qeyd ediblər ki, meşələrdə ağacların tapılması çətin olsa da, “Fagus”, “Quercus”, “Carpinus” və “Castanea” növlərinə aid bir neçə nümunə toplamaq mümkün olub. Tədqiqatçılar gün ərzində nümunələri toplayaraq axşamları hotellərdə yarpaqların səthini dezinfeksiya edib.

"Cebheinfo.az"

Seçilən
109
2
cebheinfo.az

3Mənbələr