AZ

"Ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə vermək mənim üçün böyük şərəfdir"

BAKI, 23 yanvar. TELEQRAF

“Ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə vermək mənim üçün böyük şərəfdir. Görüşlərdə parlament diplomatiyasının formalaşması müzakirə olunub və bu, hər iki dövlət arasındakı əlaqələrin möhkəmlənməsində böyük imkan yaradır”

Teleqraf xəbər verir ki, bu sözləri İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisdə keçirilən brifinqdə deyib.

“Azərbaycan və Ermənistan arasında normallaşma prosesini yüksək qiymətləndirdiyini bildirmişdim. Zəfər Muzeyində Azərbaycanın şəhidlərinin adlarını gördüm və bu mənim üçün dərin emosional təsir yaratdı”, - o vurğulayıb.

Seçilən
109
teleqraf.com

1Mənbələr