Uşaqlar arasında ən çox istifadə edilən dərmanlardan biri Vitamin D-dir. Pediatrlar demək olar ki, hər uşağa bu vitamini tövsiyyə edir.
Mövzu ilə bağlı News365.az -a danışan pediatr Vaqif Qarayev deyir ki, qədim əyyamlarda VitD ancaq pediatrlar üçün maraqlı idi:
“Sovetin təlimatlarına görə uşağa bu preparatı təyin etməyən həkimin pişiyini ağaca dırmaşdırardılar. İndi zaman dəyişib. Təbii ki, təbabətdə də baxışlar dəyişir. Praktik təbabətdə elə bir ixtisas sahibi yoxdur ki, pasiyentində vitD-ni yoxlatmasın. Hətta pandemiya dövründə bəzi alimlər COVİD19- un müalicəsində vitD-ni az qala panaseya kimi təqdim edirdilər. VitD orqanizmi respirator viruslardan qoruyur.Belə deyirlər... Odlar Yurdu insanında vitD az ola bilərmi? Məntiqlə olmaz, ya da nadir hallarda olar. Amma indi qanında vitD normal olan insana nadir halda rast gəlinir. Uşaqlı-böyüklü hamı telefona, kompyuterə qapanıb. Günəşə düşmən kimi baxırıq...”
News365.az