AZ

"Arsenal" müdafiəçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

İngiltərənin "Arsenal" klubu və müdafiəçisi Yurrien Timber arasında müqavilənin müddətinin uzadılması barədə prinsipial razılıq əldə olunub.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta 24 yaşlı futbolçunu öz oyun sisteminin əsas fiqurlarından biri sayır.

Hazırda tərəflər yeni müqavilənin müddəti ilə bağlı son detalları dəqiqləşdirirlər. Müqavilə müddətinin 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutulacağı gözlənilir.

Qeyd edək ki, Y.Timber "Arsenal"a 2022-ci ilin yayında keçib. Niderlandlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 31 matça çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
24
far.az

1Mənbələr